Dünya

“Zeytun Budağı” əməliyyatında 5-ci gün tamam oldu, zərərsizləşdirilən terrorçu sayı 287-yə çıxdı

Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK /PYD ilə DEAŞ-a qarşı keçirilən “Zeytun Budağı” əməliyyatında  5-ci gün tamam olduqda, zərərsizləşdirilən terrorçu sayı 287-yə çıxdı.

Türkiyə Silahlı Qüvvələri (TSQ) əməliyyatda zərərsizləşdirilən  terrorçu sayı ilə yanaşı vurulan hədəflərə dair də məlumat yaydı.

Açıqlamada bildirilib ki, “Zeytun Budağı” əməliyyatı çərçivəsində  PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatına məxsus 47 hədəf hava qüvvələrimizə məxsus 27 təyyarə ilə məhv edildi.

Açıqlamada ayrıca qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və DEAŞ-a məxsus terrorçuları zərərsizləşdirmək və dost və qardaş bölgə xalqını bunların təzyiq ve zülmündən xilas etmək məqsədilə başlanan əməliyyat planlaşdırırldığı kimi davam edir.

Mənbə: TRT Azərbaycan

Bir cevap yazın