Baş Hadisə Region

Zaqatalada sahibsiz it 6 yaşlı uşağı dişləyib

Sentyabrın 30-u axşam saat 19 radələrində rayonun Yolayrıc kənd sakini, 2013-cü il təvəllüdlü Xalid Soltan oğlu Diniyev it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

365.COM.AZ APA-ya istinadən xəbər verir ki, 6 yaşlı X.Diniyevə yaşadığı evin yaxınlığında küçədə it hucum edərək onun sağ aşağı ətrafın bud nahiyəsini dişləyərək xəsarət yetirib. 

X.Diniyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.