Baş Hadisə Region

Yol-nəqliyyat hadisəsi 2 nəfər tələbənin ölümünə səbəb oldu

Ötən gecə Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır bədən xəsarəti alıb.

Hadisə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində baş verib. Belə ki, “VAZ 2106” markalı avtomobil “Lada Priora” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Lada Priora” ağaca çırpılıb.

365.COM.AZ xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı ölənlər ADAU-nin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələri – Məmmədli Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğludur.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.4-ci (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.