İdman

Yığmamız Avropa çempionatını qələbəsiz başa vurub

Rusiyanın Kazan şəhərində keçirilən badminton üzrə Avropa çempionatında iştirak edən kişilərdən ibarət milli komandamız qrup mərhələsində son görüşünə çıxıb. 365.com.az-ın “APA”-a istinadən verdiyi xəbərə görə, komandamızın bu dəfəki rəqibi qrup lideri Almaniya millisi olub.

Şəxsi görüşlərdə Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni rəqiblərinə 0:2 hesabı ilə uduzub. Eyni hesab qoşa yarışlarda da qeydə alınıb. Səbuhi Hüseynov və Cahid Əlhəsənov almaniyalı badmintonçulara 0:2 hesabı ilə məğlub olub. Kənan Qələndərov və Ezmi Qovimuramadhonin yer aldığı axırıncı qoşa yarışında da üstün olan tərəf rəqib olub. Yekunda görüş Almaniya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız bunadək qrupda Lüksemburq və İslandiyaya da məğlub olmuşdu.

Bir cevap yazın