Baş Region

Yaxın dövrlərdə rayonun qalan kəndlərinə də qaz xətlərinin çəkilməsi planda nəzərdə tutulub

İmişli rayonunun yaşayış məntəqələrinin böyük əksəriyyəti təbii yanacaqla təmin olunur. 1 şəhər, 1 qəsəbə və 48 kənddən ibarət olan rayonun yalnız 12 kəndinə qaz xətti çəkilməyib. Bunlar Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı, Qulubəyli, Məmmədli, Əliyetməzli, Allahmədətli, Ağamalılar, Telişli, Aranlı, Qızılkənd və Hacırüstəmli kəndləridir.

Bu barədə 365.com.az-a Salyan Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin baş mühəndisi Yelmar Məmmədov məlumat verib. O, deyib ki, yaxın dövrlərdə təbii yanacaqdan istifadə edə bilməyən kəndlərə də qaz xətti çəkilməsi prosesi davam etdiriləcək: “Adıçəkilən kəndlər rayonun 3 fərqli istiqamətlərində: şimal, cənub və cənub-şərqi zonalarında qrup halındadırlar. Əlavə olaraq, onlar rayon ərazisindən keçən magistral boru xəttindən kənardadırlar. Bu da həmin kəndlərə xətlərin çəkilməsi üçün müəyyən vaxt tələb edir. Biz də çox istərdik ki, bütün yaşayış məntəqələri təbii yanacaqla təmin olunsun və əhali bu sahədə problemlə rastlaşmasın.”

İdarə rəsmisi adıçəkilən kəndlərin yaxın gələcəkdə qazla təmin olunmasının planda nəzərdə tutulduğunu da qeyd etdi.

 

Bir cevap yazın