Region

Yağışdan sonrakı İmişli

İmişli şəhərinin mərkəzi küçələrinin asfalt örtüyü son iki il ərzində yenilənib. Buna baxmayaraq, şəhərdə kanalizasiya problemi hələ də qalır. Belə ki, suötürücü sistemin olmaması yağıntılar zamanı bu problemi qabarıq şəkildə ortaya çıxarır. Özü də bu çatışmazlıq dəfələrlə qabardılmasına baxmayaraq, uzun illərdir davam edir.

Yağışlar zamanı şəhərin mərkəzi hesab olunan Heydər Əliyev prospektində, Mərkəzi bazarın qarşısındakı küçədə, eləcə də başqa küçələrdə su gölməçəsi yaranır. Yağışın az yağması belə kifayət edir ki, belə bir problem yaransın.

Mütəxəssislərin fikrincə, buna səbəb asfalt çəkildiyində gələcək fəsadların nəzərə alınmamasıdır. Belə hallar isə piyadaların gediş- gəlişinə ciddi maneə yaradır. Bəzi yerlərdə onlar yolu keçmək üçün süni vasitələrdən istifadə etməli olurlar.

Ötən il şəhərin baş küçəsində – Heydər Əliyev prospektdə suötürücülər tikilməyə başlanılsa da, bu iş yarımçıq qalıb. Şəhər əhalisi isə hələ də ümidlidir ki, qışdan sonra heç olmasa, prospektdə suötürücülər inşa olunacaq.

365.com.az ötən gün yağan yağışdan sonra şəhərin mənzərəsini lentə alıb.

 

[Best_Wordpress_Gallery id=”39″ gal_title=”Yağışdan sonrakı İmişli”]

Bir cevap yazın