Baş Mədəniyyət

Xumar Qədimova “Nəsimi ili”nə həsr olunan böyük layihəsini təqdim edib

365.COM.AZ sputnik.az-a istinadən xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova dahi Azərbаycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yeni layihəsini ictimaiyyətə təqdim edib.

Onun təqdim etdiyi “Neylərəm” mahnısının sözləri, şairin eyni adlı qəzəlindən götürülüb. Kompozisiyanı Əvəz Muradov və Bəxtiyar Həsənov aranjeman edib. Klipdə gənc aktyor Səfa Mehdi çəkilib.