Region

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Maşıoba kəndi ərazisində “AzSamand“ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə xəbər daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə olan 3 nəfərə müvafiq köməklik göstəriblər. Əməliyyat başa çatıb.

Bir cevap yazın