Baş Hadisə Ölkə

Xaçmazda 20 yaşlı şəxsi qatar vuraraq öldürüb

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.  

365.COM.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib. 

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.  

Faktla bağlı araşdırma başlanılıb.