Region

Xaçmazda 16 yaşlı gənc bıçaqlanıb

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb. 365.com.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Xuray kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Süleymanov Nasir Mahir oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cevap yazın