Baş Dünya

“Türkiyənin ABŞ-a qarşı qanuni şikayətləri var” – Təfərrüat

Türkiyənin YPG-nin silahlandırılmasına reaksiya göstərilməsini kürd əleyhdarlığı kimi şərh etmək məlumatsızlıqdır.

365.com.az-ın Eastnews.org-a əsasən verdiyi xəbərə görə, Hudson İnstitutunun Yaxın Şərq mütəxəssisi Maykl Doran və Prinston Universitetinin professoru Maykl Reynolds “Wall Street Journal” (WSJ) “Türkiyənin ABŞ-a qarşı qanuni şikayətləri var” başlıqlı məqalə qələmə alıb. ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalında Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı (keçirdiyi – red.) bölgədəki ABŞ əsgərlərini geri çəkmək qərarının Vaşinqtondakı bir çox siyasətçi və araşdırma mərkəzindən əks reaksiya verildiyinə işarə edilən yazıda “Amma bu tənqidləri edənlər həqiqətləri gözardı edir”, – sözləri vurğulanıb. YPG-nin PKK ilə fundamental əlaqələri var. Trampın Suriyanın şimalındakı “PKK ilə əlaqəli kürdlərdən” dəstəyini geri çəkməsində haqlı olduğunun vurğulandığı məqalədə “Türkiyənin cənub sərhədini YPG-dən qorumaqda qətiyyəti, ümumilikdə, pis məqsədli bir şey kimi görünür. Ancaq YPG-nin PKK ilə fundamental əlaqələri var və bunu sabiq Müdafiə naziri Eş Karter 2016-cı ilin aprel ayında Konqresdə bildirmişdi”, – məlumatı paylaşılıb. Türkiyəni tənqid edənlərin “S-400” alışını da bəhanə etdiyi vurğulanan məqalədə ABŞ-Türkiyə münasibətlərinin yalnız Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətindən çox Türkiyədə artan “Amerikan düşmənçiliyi ilə” də əlaqəli olduğuna və Ərdoğanı dəstəkləməyənlərin də ABŞ-a qarşı rəftar sərgilədiyinə işarə edilib. ABŞ-ın utancaq Suriya siyasəti Məqalədə Türkiyənin ABŞ-a qarşı 3 əsas problemi olduğu vurğulanaraq, bu cümlələrə yer verilib: “Bunlardan birincisi, ABŞ-ın utancaq Suriya siyasətidir. Ankara Suriya xalqının diktator Bəşər Əsədi devirmək üçün səylərini dəstəkləyəndə Vaşinqtonun izi ilə getdi. Ancaq Türkiyə hava məkanını pozduğu üçün 2015-ci ildə bir Rusiya qırıcısını vuranda Prezident Barak Obama bu vəziyyəti ABŞ-ın aparıcı regional tərəfdaşı (Türkiyə – red.) ilə ABŞ maraqlarının güclü düşməni (Rusiya – red.) arasında bir toqquşmadan daha çox üçüncü tərəflər arasında ikitərəfli mübahisə kimi gördü. Ankara tək qalanda Moskva ilə razılaşmaqdan başqa çarəsi olmadığının fərqinə vardı. Vladimir Putinin əzmi Obamanın məsafəli davranışını məğlub etdi. Və bu vəziyyət də “S-400″ razılaşmasına aparan əlaqə meydana gətirdi”. ABŞ Türkiyə ilə birgə fəaliyyət əvəzinə YPG-ni seçdi Türkiyənin şikayətləndiyi digər bir məsələnin də ABŞ-ın FETÖ lideri Fətullah Gülənə ev sahibliyi etməsi olduğuna diqqət çəkilən məqalədə “ABŞ-ın keçmişdə Ankaradakı səfirliyini etmiş olan Ceyms Cefri Suriya xüsusi nümayəndəliyi vəzifəsinə təyin edilməzdən əvvəl “Gülənin ABŞ-da qalması utanc vericidir”, – demişdi. Xeyli türk ABŞ-ın necə belə bir rəzil şəxsə liman ola biləcəyini soruşur?”, – qiymətləndirməsi edilib. Məqalədə Türkiyənin üçüncü, lakin ən mühüm şikayətinin isə Obama rəhbərliyinin 2016-cı ildə qəbul etdiyi YPG üzvlərini silahlandırma və təlim qərarı olduğuna işarə edilərək, bu cümlələr işlədilib: “ABŞ Türkiyə ilə birgə fəaliyyət göstərmək əvəzinə PKK-nın Suriya qanadı olan YPG-ni dəstəkləməyi seçdi. Türkiyə xalqı bu təşkilatı illərdir davam edən müharibənin və on minlərlə insanın ölümünün səbəbkarı kimi görür. PKK Türkiyə Respublikasına böyük təhdid təşkil edir və bütün siyasi spektrdakı türklər bu təşkilata nifrət edir. Ankaranın YPG-nin silahlandırılmasına reaksiya göstərməsini, kürd əleyhdarlığı kimi şərh etmək məlumatsızlıqdır. Bu eynilə “Əl-Qaidə”yə qarşı mübarizəni İslamofobiya şərh etməyə bənzəyir”.