Baş Kriminal Region

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb

365.COM.AZ APA-ya istinadən xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.