Baş Hadisə

Türkiyədə yaşayan azərbaycanlı professor vəfat etdi

Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.

365.COM.AZ -ın virtualaz.org-a istinadən məlumatına görə, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi.

Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib.

Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.