Baş Dünya

Türkiyədə Xocalı şəhidləri yad edilib

Hər il bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi Türkiyədə də 26 fevral 1992-ci ildə erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilən Xocalı şəhidləri yad edilir.

365.com.az”ın Türkiyə təmsilçisi Əzizağa Zeynallının verdiyi məlumata görə, bu gün Sakarya şəhərində  Xocalı şəhidləri yad edilib. Sakarya Universiteti Azərbaycan  Tələbə Birliyini və Universitetin Türk Dünyası Birliyinin ortaq təşəbbüsü ilə hazırlanan “Xocalı soyqırımını unutma” adlı tədbir təşkil olunub. Tədbirdə Universitetin rektoru Müzaffer Elmas və İşletme fakültəsinin müəllimləri Harun Kılıçaslan, Kamil Taşkın, Haluk Selvi, Köksal Şahin, Universitetin Qazaxıstan, Özbəkistan, Axiska türkləri, Türkmənistan, Qırğızıstan və Əfqanistan Tələbə Birliklərinin nümayəndələri iştirak edirdi.

Tədbirin açılışında Azərbaycan Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı səsləndirilib.

Erməni işğalçılarının etdikləri qətliamdan və buna dünyanın səssiz qalmasından danışan Haluk Selvi və Köksal Şahin xarici və yerli tələbələrə soyqırım haqqında ətraflı məlumatlar verərək, onların suallarını cavablandırıblar. Onlar bir daha vurğulayıblar ki, hər zaman qardaş Azərbaycanın yanında olacaq və onun haqq işinə daim dəstək verəcəklər.

Sonda Xocalı soyqırımını özündə əks etdirən videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, bu il fevral ayının 9-da da Sakarya şəhərində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş böyük bir tədbir keçirilmişdi. Tədbirdə çıxış edən Sakarya şəhər Qarasu bələdiyyə rəhbəri Mehmet İspiroğlu bildirmişdi ki, Ermənistanın Xocalıda törətdiyi soyqırım zamanı şəhid olmuş qardaşlarımızı unutmamaq və unutdurmamaq üçün tərəfimizdən rayonumuzdakı bir prospektə “KARABAĞ” adını verərək, həm tariximizə sahib çıxır, həm də qardaşlarmıza öz dəstəyimizi göstəririk.

 

[Best_Wordpress_Gallery id=”58″ gal_title=”Türkiyədə Xocalı şəhidləri yad edilib”]

Bir cevap yazın