Baş Dünya Hadisə

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

365.COM.AZ NTV-yə istinadən xəbər verir ki, yol qəzası Hatay vilayətinin Belen rayonunda qeydə alınıb.

Yol qəzası nəticəsində 7 nəfər hərbçi yaralanıb, xəsarət alan hərbçilərdən 2-si dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.