Türkiyədə atletika üzrə “İstanbul İndoor Cup” keçirilib. 365.com.az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.
Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib. Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləşib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.