Dünya

Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilib

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi “Nevzat Tandoğan” küçəsinin adı dəyişdirilib.

365.com.az-ın APA-a  istinadən verdiyi xəbərə görə, küçəyə Türkiyənin Afrində apardığı əməliyyatın adı olan “Zeytun Budağı” adı verilib.

Qeyd edək ki, Türkiyə 20 Yanvar 2018-ci il tarixində PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə mübarizə aparmaq üçün Afrində əməliyyatlara başlayıb.

Bir cevap yazın