Dünya

Türkiyə-Suriya sərhədində helikopterin qəzaya uğraması nəticəsində 2 türk hərbçisi həlak olub

Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətində döyüş helikopterinin qəzaya uğraması nəticəsində 2 türk hərbçisi həlak olub. 365.com.az-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə SH Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, hadisə yerinə xüsusi komissiya cəlb edilib.

Baş nazir Binəli Yıldırım bundan əvvəl insidentin baş verdiyi an havada “TAI/AgustaWestland T129 ATAK” tipli 2 helikopterin olduğunu bildirmişdi.

Hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib, araşdırma aparılır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə bundan əvvəl helikopterin vurulduğunu bildirmişdi.

Bir cevap yazın