Baş Dünya

Türkiyə ordusu terrorçuların sığınacaqlarına zərbələr endirib

Türkiyənin Silahlı Qüvvələri Suriyada “Barış pınarı” əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına zərbələr endirib.
365.COM.AZ Toplum TV-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
“Barış pinarı” əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib”, – deyə xəbərdə bildirilir.
Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna raket mərmiləri atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, az əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında bildirib ki, Suriyanın şimalında “Barış pınarı” hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 109 terrorçu öldürülüb.

Türkiyə Prezidenti deyib ki, hərbi əməliyyatlar davam edir.

“Öldürülən terrorçulardan savayı, yaralılar da, təslim olanlar da var”, – deyə Ərdoğan qeyd edib