Dünya

Türkiyə ordusu Suriyada Sülh Bulağı əməliyyatına başladı

365.com.az-ın Eastnews.org-a əsasən verdiyi xəbərə görə, Türkiyənin günlərdir danışılan Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqindəki əməliyyatın başladığını sosial şəbəkə vasitəsilə bildirib. Ərdoğan “TSQ Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı Sülh Bulağı əməliyyatını başladıb”, – deyə qeyd edib. Əməliyyatın başlamasından sonra Diyarbəkir 8. Əsas Reaktiv Bazasında döyüş təyyarələrinin hərəkətliliyi başlayıb. Şanlıurfanın Ceylanpınar rayonunda da haubitsa səsləri eşidilib. Ceylanpınarın qarşısındakı Rəsuleynin bəzi bölgələrindən tüstülərin yüksəldiyi müşahidə edilib. Axşam saatlarında Akçakalenin qarşısındakı Tel-Abyadı hədəf alan yaylım atəş sistemi və haubitsa atışları artıb. Ceylanpınar bələdiyyəsi isə əsgərlər üçün dinamiklərindən mehtər marşı səsləndirib. Adanadakı İncirlik 10. Tanker Baza Komandanlığında da Diyarbakır 8. Əsas Reaktiv Bazası kimi ciddi hava hərəkətliliyi yaşanır. Bəzi döyüş təyyarələri bazaya eniş edir, bəziləri də uçuş-enmə zolağında hazır gözləyir. Digər tərəfdən hərbi yük və tanker təyyarələrinin də bazaya gəliş-gedişləri davam edir.