Baş İdman

Türkiyə millisi iki oyununu Bakıda keçirəcək

AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib.

365.com.az “Report”a istinadən xəbər verir ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.