Baş Dünya Hadisə

Türkiyə ərazisi top atəşinə tutuldu

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb.
365.COM.AZ Toplum TV-ya istinadən xəbər verir ki, bu barədə Trend məlumat yayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər nəfər yaralanıb.
Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 9-da Türkiyənin Silahlı Qüvvələri Suriyanın  şimal-şərqində  “Barış pınarı” əməliyyatına başlayıb, hərbi əməliyyat davavm edir.