Texnalogiya

Telefon nömrələrinin sahibinin adını göstərən tətbiq

Son günlər sosial şəbəkələrdə adı hallanan “GetContact” tətbiqi olduqca maraqlı bir funksiyanı həyata keçirir. Bu tətbiq sizin telefon nömrənizin, başqalarının mobil cihazda hansı adla yaddaşda saxlanıldığı tapıb çıxara bilir. Lakin bu tətbiqi yükləməmişdən əvvəl sizə bir neçə maraqlı informasiya vermək istəyirik.

Hələ keçən il eyni funksiyanı yerinə yetirən tətbiqlər bir müddət istifadədən sonra Azərbaycanda girişinə qadağa qoyuldu. Açığı, səbəbi heç kəsə məlum olmasa da bu qəbildən olan tətbiqlər bir müddət sonra “Play Store”dan da qaldırıldı (bəziləri). Bu tipli tətbiqlər əsasən eyni məlumat bazasından istifadə edirlər. Hal hazırda haqqında danışdığımız tətbiq, 900 milyon telefon kontaktını özündə birləşdirən bir tətbiqdir.

Tətbiqi yüklədiyiniz zaman, qeydiyyatdan keçəndə tətbiq avtomatik olaraq sizin kontakt listinizə giriş etmək icazəsi istəyəcək. Bununla, əslində tətbiq sizin məlumatları da öz serverinə qeyd edir və bütün nömrə və adlar həmin serverin yaddaşına yazılır. Daha sonra, onu axtaran adamlara göstərilir.

Lakin bu tətbiqin ən maraqlı xüsusiyyətlərindən biri də telefonunuza gələn naməlum zənglərin kim tərəfindən edilməsini göstərməsidir. Yəni tanımadığınız bir nömrədən sizə zəng gəlir və nömrənin aşağısında zəng edənin adı yazılır. Beləliklə, siz telefonu açanda həmin adama adı ilə müraciət edirsiniz.

Tətbiqi maraqlı edən əsas funksiya isə nömrələrin axtarışıdır. Kiminsə nömrəsin yazırsınız və həmin adamın başqalarının kontakt listində adının necə qeyd olunduğunu görürsünüz. Əlavə olaraq bu tətbiq gələn telemarketinq zənglərini də bloklaya bilir. Beləcə, sizi narahat edən hansısa şirkət olmur.

Əslində hələ də tam güvənə bilmədiyimiz bu tətbiqin altından hər şey çıxa bilər. Bilinən odur ki, tətbiq sizin bütün kontakt məlumatlarınızı yaddaşa yazır. “Əşii, heçnə olmaz” deyib, tətbiqi yükləmək istəyirsinizsə, buyurun. Qeyd edək ki, tətbiq, “Android” və “iOS” əməliyyat sistemləri üçün mövcuddur.

Mənbə: technote.az

Bir cevap yazın