Tbilisidəki “Maçaxela” restoranında baş vermiş yanğın lokallaşdırılıb.
365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib.
Hadisə zamanı restoranda olan şəxslər vaxtında təxliyə olunduğundan xəsarət alan olmayıb. Yanğın nəticəsində təxminən 170 kv. metr sahə yanıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil.
***** 22.42
Tbilisinin mərkəzində restoranda yanğın baş verib
Tbilisinin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib.
365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, yanğın restoranın dam örtüyündə başlayıb.
Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 10 yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.
Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.
Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.