Dünya Hadisə

Tbilisi metrosunda tavan çöküb, xəsarət alanların sayı 11-ə çatıb

Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsinin çökməsi nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, stansiya bağlanıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilir.

Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə yollanıb.

Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsi çöküb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nəticədə 3 sərnişin xəsarət alıb.

Qəza səbəbindən sərnişinlər stansiyanı tərk edə bilmir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.

Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.

Bir cevap yazın