Baş Təhsil

Təhsil Nazirliyində yeni qaydalar hazırlanır

Təhsil müəssisələrində  müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi  Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı isə  hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.

365.COM.AZ  Mektebgushesi.az -a istinadən xəbər verir ki, bu tədris ilində də müəllimlərin qarşılıqlı yerdəyişməsi planlaşdırılır. Lakin prosesin dəqiq vaxtı hələ ki məlum deyil.

Təhsil Nazirliyindən əldə edilən məlumatlara görə yerdəyişmə prosesinin  qaydaları hazırlanır. Qaydalar tam hazır olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Yerdəyişmə elektron şəkildə həyata keçiriləcək. Namizədlər elektron portalda qeydiyyatdan keçərək, yerdəyişmə ilə bağlı müraciət edə bilərlər.

Qeyd edək ki,  yerdəyişmə  yalnız müddətsiz müqavilə ilə işləyən namizədlər üçün nəzərdə tutulub.   Müddətli müqavilə ilə işləyən kadrlar bu prosesdə iştirak edə bilməz.