Baş Region

Təhsil Nazirliyi 9-cu siniflər üçün sınaq imtahanı keçirib

Aprelin 14-də Təhsil Nazirliyi ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada sınaq test imtahanı keçirib.

İmişli rayonu üzrə sınaq imtahanı 60 ümumi təhsil məktəbini əhatə etməklə 20 məktəb-mərkəzdə keçirilib. Yoxlama imtahanı buraxılış imtahanının ikinci mərhələsinə hazırlıq məqsədilə keçirilib.

Bu barədə 365.com.az-a Təhsil Nazirliyinin İmişli rayonu üzrə meneceri, imtahanın rəhbəri Mərdan Əlizadə məlumat verib. O, bildirib ki, birinci mərhələ imtahanından fərqli olaraq bu dəfə suallar qapalı tipli olub: “Məlumdur ki, birinci mərhələyə qədər də bir neçə dəfə sınaq imtahanları oldu. Onlar da açıq tipli suallardan ibarət idi. Bildiyiniz kimi, həmin imtahanda şagirdlər Azərbaycan dili fənni üzrə iki mətn əsasında 20, riyaziyyat fənni üzrə 10 olmaqlacəmi 30 sualı cabablandırdılarBu dəfə isə imtahan sualları həmin fənlər üzrə 60 qapalı tipli suallardan ibarət idi. Yəni, şagirdlər hər bir fənn üzrə 30 sualı cavablandırdılar. Onlara 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilmişdi”.

O, imtahan verməli olan 1255 nəfər şagirddən 1112 nəfərin sınaqda iştirak etdiyini bildirdi. İmtahan rəhbəri nəticələrin bir həftə ərzində açıqlanacağını qeyd etdi.

[Best_Wordpress_Gallery id=”115″ gal_title=”Təhsil Nazirliyi 9-cu siniflər üçün sınaq imtahanı keçirib”]

Bir cevap yazın