Region

Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bir cevap yazın