Ölkə Region

Şirvanda Respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir

2017-2018-ci dərs ilində Respublika fənn olimpiadalarına hazırlıqla bağlı bütün ümumtəhsil məktəblərində hazırlıq işləri aparılmış, noyabr ayında məktub turları keçirilmiş və istedadı ilə fərqlənmiş şagirdlər şəhər turuna vəsiqə qazanmışlar. 04 fevral 2018-ci ildə respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir. Şəhər turunda 400-dən çox ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. İstedadlı və bacarışı ilə seçilən 8-ci sinif şagirdləri də öz biliklərini sınamışlar. Bu bilik yarışı  şəhər 18 nömrəli məktəb-liseydə təşkil olunmuşdur.Olimpiada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə aparılmışdır. Azərbaycan dili və ədəbiyyatı, tarix, biologiya və coğrafiya fənləri üzə 90 dəqiqə, fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə isə 180 dəqiqə vaxt ayrılmışdır.

2016-2017-ci dərs ilində keçirilən respublika fənn olimpiadalarında Şirvan şəhər ümumtəhsil məktəblərinin 2 şagirdi qalib olmuşdur.

mənbə: http://shirvan.edu.gov.az

[Best_Wordpress_Gallery id=”21″ gal_title=”Şirvanda Respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir”]

Bir cevap yazın