Region

Şirvanda körpə küçəyə atılıb

Şirvanda iki günlük körpə küçəyə atılıb.

365.com.az APA-a istinadən xəbər verir ki, körpənin qolunda olan “birka”da Məmmədova Aysel Əli qızı yazılıb.

Körpəni polis əməkdaşları tərəfindən tapılaraq Şirvan Doğum evinə aparılıb. Körpə həkim nəzarətinə götürülüb, onun səhhəti yaxşıdır.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi araşdırma aparılır.

Bir cevap yazın