Baş Hadisə Region

Samuxda qaz balonu partladı, xəsarət alanlar var

Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

365.COM.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Şahbaz İlyas oğlu Abbasov evdə qaz balonunu quraşdıran zaman partlayış baş verib. Nəticədə onun bütün bədəni yanıb. Ş. Abbasovun qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş. Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır.