Region

Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

Şamaxı rayonunda üç avtomobil yolu sürüşmə nəticəsində dağılaraq, təhlükəli vəziyyətə düşüb.

365.com.az SalamNews-ə istinadla xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinlikdə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Dağlardan sürüşən torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb.

Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib. Avtomobil yolunun 19-20-ci kilometrliyində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Uzunluğu 54 kilometr olan avtomobil yolunun 7 yerində sürüşmə qeydə alınıb.

Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

Bir cevap yazın