Hadisə Region

Şamaxıda yol qəzasında ölən şəxsin və yaralanan 5 nəfərin adı məlum olub

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən bir nəfərin və xəsarət alan 5 nəfərin adları məlum olub. 365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun “VAZ 2106” markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakinləri-1984-cü il təvəllüdlü Əhmədov Rüfət İsmayıl oğlu, 1988-ci il təvəllüdlü Daşdəmirov Bəşər Nurlan oğlu, 1992-ci il təvəllüdlü Zeynallı Zeynal Elbrus oğlu, 1958-ci il təvəllüdlü Əhmədova Muxsa Sırac qızı, Qax sakini, 2001-ci il təvəllüdlü Kərimova Günel Aftandil qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Şəki sakini 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

10:12

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford Transit”markalı sərnişin mikroavtobusunun “VAZ 2106” markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.

Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Bir cevap yazın