Hadisə Region

Salyanda motosikletin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A365.com.az Azərtac-a istinadən xəbər verir ki , hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Magistralda hərəkətdə olan motosikletin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə motosikletdə olan iki nəfər – Şəkərli kənd sakini İsmayıl Babayev və Həsənli kənd sakini Ramin Ağalarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.