Dünya Ölkə

Sakaryada prospektə “Qarabağ” adı verildi

Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək.

365.com.az xəbər verir ki, bununla bağlı Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb. Razılıq protokolunun bağlanmasında məqsəd, Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

 

Qarasu bələdiyyə rəhbəri Mehmet İspiroğlu bildirib ki, rəhbərlik etdiyi qurum bir millət – iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı qardaşlığı möhkəmləndirmək üçün daima səy göstərir:
“Bu məqsədlə, Ermənistanın Xocalıda törətdiyi soyqırım zamanı şəhid olmuş qardaşlarımızı unutmamaq və unutdurmamaq üçün tərəfimizdən rayonumuzdakı bir prospektə “KARABAĞ” adını verərək, həm tariximizə sahib çıxır, həm də qardaşlarmıza öz dəstəyimizi göstəririk”.

 

Fevralın 9-da bu xoşniyyətli protokolu Qarasu bələdiyyəsinin başqanı  Mehmet İspiroğlu, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə – Azərbaycan Dərnəkləri Federasiyası (TADF) sədri Bilal Dündar və TADF-ın Sakarya üzrə təmsilçisi Aliq Bağırov imzalayıblar.

Bir cevap yazın