Kriminal Region

Sabirabadda 41 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib. V. Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cevap yazın