Baş Region

Sabirabadda 20 Yanvar Günü qeyd olunub

28 il öncə yaşanmış 20 Yanvar faciəsində Sabirabad rayonu da iki övladını şəhid verib.

Elə o gündən də Sabirabadda 20 Yanvar günü kompleks tədbirlər keçirilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Zəbulla Əliyev və Mehman Məmmədov milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin arasında olub.

Ümumilikdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi zamanı 225 sabirabadlı şəhid olub. Onlardan üçü- Murad Mirzəyev, Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır, Maqsud Daşdıyev, Yalçın Qəhrəmanov və Daşqın Əhmədov isə ölümlərindən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif ediliblər. Sabirabadda şəhidlərin xatirəsi həmişə əziz tutulur.

20 Yanvar gününü Azərbaycan xalqı rəsmi olaraq matəm günü kimi qeyd edir. Həmin gün Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəallarla birgə 20 Yanvar şəhidləri Zəbulla Əliyevin və Mehman Məmmədovun Kürkəndi və Qalağayın qəbirisanlığındakı məzarlarını ziyarət edib. Şəhər rəhbərliyi həmçinin bir gündə şəhid olan Zakir və Vaqif Fərzəliyev qardaşlarının Bələdiyyə parkındakı büstləri önünə də qərənfillər düzüb.

Sonra 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə «Şəhidlər xiyabanı»-nın qarşısında mərasim keçirilib. Tədbiri rayon icra hakimiyyəti başçısı Nazim İsmayılov açıb. O, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışıb, həmin dövrü geniş təhlil edib.

İcra Hakimiyyəti başçısı deyib ki, sabiq prezident Heydər Əliyevin 1994-cü ildə ölkə rəhbərliyinə gəlməsindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Nazim İsmayılov deyib ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü vətənin və xalqın ömrü qədərdir:

“Qürurluyuq ki, şəhidlərimiz Vətənimizin azadlığı uğrunda canlarını fəda etmişlər”.

Saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və avtomobillər  siqnal verib.

Rayon ağsaqqalları, ziyalılar, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət edib və şəhidlərə öz ehtiramlarını bildiriblər.

[Best_Wordpress_Gallery id=”4″ gal_title=”Sabirabadda 20 Yanvar Günü qeyd olunub”]

Bir cevap yazın