Baş Region

Sabirabad Gənclər Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

“Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait, möhkəm hüquqi baza yaradılıb. Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində öz fəallığı ilə seçilir”.

“Youthsport.az” saytının məlumatına görə, bu fikirlər Sabirabad rayon İcra Hakimiyyəti, Azərbaycan Prezidenti yanında Bilik Fondunun və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.

Sabirabad Gənclər Mərkəzində keçirilən toplantıda rayon Sabirabad rayon iİcra Hakimiyyəti Baçısının I müavini Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun aparat rəhbəri , Hüquq Elmləri Doktoru, Professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Hüuqu Kafedrasının Müdiri, Hüquq üzrə fəlsəfə doktoru, professor Fəxrəddin Nağıyev  çıxış,  edərək, aprelin 11-nə təyin edilmiş prezident seçkilərinin ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edilib. Vurğulanıb ki, Sabirabad gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallığı ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Sonra 63 saylı Sabirabad birinci seçki dairəsi dairə seçki komissiyasının katibi Azər Hüseynov ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı suallarını cavablandırıb.

 

[Best_Wordpress_Gallery id=”101″ gal_title=”Sabirabad Gencler secki”]

Bir cevap yazın