Baş

Sabahın hava proqnozu

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. 

365.com.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  7-11° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80%, gündüz  50-55% olacaq.    

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək  isti, gündüz  7-12°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacaq.