Baş Region

Saatlının Məzrəli kəndinə qaz xətti çəkilir

Martın 28-dən etibarən Saatlı rayonunun Məzrəli kəndinə qaz xəttinin çəkilişinə başlanılıb.

Bu barədə 365.com.az-a məlumat verən Salyan Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin baş mühəndisi Yelmar Məmmədov bildirib ki, qaz xəttinin çəkilişinin cari ilin iyun ayında tamamlanması nəzərdə tutulur. O qeyd edib ki, yayda həmin kəndin sakinləri təbii yanacaqdan istifadə edə biləcəklər.

Məzrəli kəndi ilə qonşu olan Naharlı kəndinin sakini Pənah Fətəliyev deyir ki, əvvəllər kəndlər bir yerdə olub, sonra ayrılıb: “İndi bir icra nümayəndəliyinin-Məzrəli kənd nümayəndəliyinin tərkibindəyik. Ora qaz xətti çəkilir, bizə yox. Çox yaxınıq, təsəvvür edin ki, yolun o tərəfi ilə qaz xətti çəkilir, amma biz tərəfə  çəkilmir. Yığışıb narazılıq etdik ki, bəs biz nə vaxtadək yanacaq sarıdan əziyyət çəkəcəyik, qışda kərmə-odun yandıracayıq, qapımızda olan meyvə ağaclarını da istiliyə görə kəsəcəyik? Rayonun icra başçısı bizə söz verdi ki, yayda sizin kəndə də qaz xətti çəkiləcək. O, hətta dedi ki, sizin kəndlə Məzrəliyə eyni vaxtda qaz veriləcək. Görək də, yayda verdikləri sözün üstündə duracaqlar, yoxsa yox. Hər halda ümid edirik”.

 

Bir cevap yazın