Baş Hadisə Region

Saatlıda qatar minik avtomobili ilə toqquşub, iki nəfər ölüb

Saatlı rayon Hacıqasımlı kəndində qatar 54 BJ 612 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə toqquşub.

365.com.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib. 

Faktla bağlı araşdırma aparılır.