Region

Saatlıda Qadınlar Bayramı münasibətilə dəyirmi masa təşkil olundu

Martın 6-da Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyində 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə “Azərbaycan dövlətçiliyində qadının rolu” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Saatlı rayonunun rəhbər vəzifələrdə çalışan qadınları iştirak ediblər.

365.com.az məlumat verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Sürəyya Zeynalova deyib ki, əsası 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində qoyulan 8 Mart bayramı qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 8 Mart Beynəlxalq Qadınlar Bayramı BMT tərəfindən rəsmi statusu 1977-ci il mart ayının 8-də alıb. Keçmiş SSRİ-də isə 8 Mart – Beynəlxalq Qadınlar Günü 1965-ci ildən qeyri-iş günü kimi qeyd eilməyə başlayıb.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü kimi qeyd edilir. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir” – Sürəyya Zeynalova vurğulayıb.

Daha sonra çıxış edən natiqlər Saatlı rayon qadınlarının da ölkənin ictimai-siyasi həyatındakı böyük rolundan danışıblar.

Tədbir 1950-ci illərin qadınının cəmiyyətdə və ailədə rolundan bəhs edən “Zəhmət həyatdır” filminin nümayişi ilə davam etdirilib. Bu film 1960-cı ildə həvəskar kino operator İsmayıl Səfərov tərəfindən çəkilib, Azərbaycan qadınının, anasının fədakarlığından ailəsinə, uşaqlarına ev heyvanlarına qayğısından, hətta balaca küçüyü belə yaddan çıxarmamasından bəhs edir.
Tədbir muzeydə 8 Mart Qadınlar Gününə həsr olunmuş sərgiyə baxışla sona çatıb.

 

[Best_Wordpress_Gallery id=”60″ gal_title=”Saatlı rayon Tarix-diyarşünaslıq muzeyi”]

Bir cevap yazın