Kriminal Region

Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

365.com.az-ın Report.az-a əsasən verdiyi məlumata görə, Saatlı rayon Polis şöbəsinə (RPŞ) noyabrın 5-dən 8-dək olan müddətdə rayonun Qaracalar kənd qəbiristanlığında qəbirlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Saatlıda RPŞ-də araşdırma aparılır.