Baş Hadisə Region

Saatlıda ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub

Saatlı rayonunun Musalı kəndi ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi müəyyən edilib.

365.COM.AZ APA-ya istinadən xəbər verir ki, ölən şəxs Saatlı rayonu Nərimankənd kənd sakini 1973-cü il təvəllüdlü Natiq Əliyevdir.

Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri – 1998-ci il təvəllüdlü Əliyev Vüsal Fikrəddin oğlu, 1973-cü il təvəllüdlü Əliyev Hafiz Əlimuxtar oğludur.