Ölkə Region

Saatlıda “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasında “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icmanın üzvləri, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri mövzunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
DQİDK-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov bildirib ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirir. Respublikamızın müsəlman aləmindəki önəminə də toxunan natiq vurğulayıb ki, Bakıda 2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransının keçirilməsi Azərbaycanın İslam dünyasında olan nüfuzunun bunun bariz nümunəsidir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov isə çıxışında vurğulayıb ki gənclərin radikal dini təsirlərdən və dini radikalizmdən qorunmasında təhsilin və maarifləndimənin vacib əhəmiyyəti var

Bir cevap yazın