Region

Saatlıda “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” mövzusunda tədbir keçirilib

Yanvarın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qazanbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizağa Əzizov, bələdiyyə sədri Sərvər Rizmanov, dini icma sədri Kamil Laçınov, dini icma üzvləri, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov açaraq Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsindən danışıb. O, həmçinin respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlət tərəfindən tədbirlər həyata keçirildiyini vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov dünyada və Azərbaycanda, xüsusilə də müsəlman dünyasında gedən proseslərdən və ölkəmizdə dini radikalizmin qarşısının alınma yollarından danışıb. İslamın sülh, həmrəylik və qardaşlıq dini olduğunu vurğulayan şöbə əməkdaşı onun radikalizmə, ekstremizmə və terrorizmə qarşı olduğunu qeyd edib.
Saatlı RİH başçısının Qazanbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizağa Əzizov Dövlət Komitəsinin dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu tədbirlər xüsusilə gənclərin dini radikal qruplara qoşulmasının qarşısını almaqda önəmli rol oynayır.
Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bir cevap yazın