Baş Region

Saatlı rayon sakini dələduzluğa görə saxlanılıb

İnsanları işə düzəltmək adı ilə aldadaraq onların pullarını mənimsəyən Saatlı sakini saxlanılıb.

365.com.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B. Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.