Mədəniyyət Ölkə

Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək

Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək.

365.com.az-ın APA-a  istinadən verdiyi xəbərə görə, konsertdə xalq artistləri Nəzakət Teymurova, Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Gülyanaq Məmmədova, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Orucova, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov və başqaları iştirak edəcəklər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın unudulmaz mahnılarını səsləndiriləcək.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-60 manatdır.

Bir cevap yazın