Baş Ölkə

Rusiya və Azərbaycan arasında OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə edilib

Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

365.com.az-ın “APA-Economics”-ə  istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Prioritet istiqamətləri kimi neft məhsulları ilə təminat sahəsində əməkdaşlıq, təbii qazla təminat məsələləri, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq sahəsi qeyd olunub.

Görüş zamanı OPEC+ formatında sazişlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə, A. Novak neft bazarını sabitləşdirmək üçün Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin birgə səylərinə verdiyi töhfəni qeyd edib.

Rusiya-Azərbaycan əməkdaşlığının mühüm perspektivli istiqaməti kimi Qaz İxrac Edən Ölkələrin Forumu formatında əməkdaşlıq da müzakirə olunub. Forumun işində mühüm rolu Qaz İxrac Edən Ölkələrin Forumunun Qaz İnstitutu oynayacaq.

“İnanırıq ki, institut forumun üzvü olan ölkələrin aparıcı elmi təşkilatlarının səylərini birləşdirən əsas koordinasiya mərkəzinə çevriləcək”, – A. Novak əlavə edib.

Bir cevap yazın