Region

“Regional İnkişaf” İctimai Birliyi İmişli rayonunda görüş keçirib

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi İmişli rayonunda ictimaiyyətin nümayəndələri ilə görüş keçirib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə birliyin əməkdaşları Elmir Həsənov və Elçin Baxşəliyev iştirak ediblər.
Elmir Həsənov deyib ki, “Regional İnkişaf” İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyət göstərir. O, qurumun əsas məqsədinin ictimai nəzarəti təşkil etmək, bölgələrdə yaşayan vətəndaşların üzləşdikləri problemlərin, onları narahat edən məsələlərin aradan qaldırılması olduğunu vurğulayıb. Daha sonra qeyd edib ki, bu problemləri də dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həll etmək mümkündür. Mövcud olan problemləri aşkara çıxarmaq və aradan qaldırılmasına kömək etmək üçün yerlərdə ictimai fəallıq lazımdır.
Elçin Baxşəliyev isə bildirib ki, İctimai Birliyin start verdiyi ikinci “Könüllülük proqramı”nın məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində yerli könüllülərin fəal iştirakını təmin etməkdir. Təşkilat nümayəndəsi bundan başqa, gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına, bölgələrdə geniş könüllü şəbəkəsinin formalaşmasına çalışacaqlarını qeyd edib. Onun sözlərinə görə, birliyin bölgə nümayəndəlikləri Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərəcək və vətəndaşlarla daim əlaqədə olacaqlar.

 

[Best_Wordpress_Gallery id=”14″ gal_title=”“Regional İnkişaf” İctimai Birliyi İmişli rayonunda görüş keçirib”]

Bir cevap yazın